İmam Səccad əleyhissəlamın bəyanatlarından başqa bir nümunəsi, o Həzrətin ən yaxşı və ən yaxın dostlarından olan Əbu Həmzə Sumalinin rəvayət etdiyi moizədir. Bu moizə nisbətən genişdir. Onun mətnindən məlum olur ki İmam (əleyhissəlam) onu şiələrin və xüsusi dostlarının yanında söyləmişdir. İmam moizdə buyurur: “Allah biz və sizi zalımların hiyləsindən paxılların zülmündən və yağıların zorakılığındın qorusun! Ey möminlər! Dünya dalınca olan ürəklərini dünyaya bağlayan dünyaya qəlbən bağlanan onun dəyərsiz və gəlib-gedər nemətlərinə aldanan şeytanlar sizi aldatmasın... Canıma and olsun, keçmiş günlərdə bir sıra hadisələri arxada qoydunuz və fitnə-fəsaddan uzaq oldunuz. Daima azğın və bidətçilərdən uzaqlaşırdınız. İndi də, Allahdan kömək istəyin və Allaha indiki hakimlərdən ləyaqətli olan Allah hüccətinə tərəf qayıdın.
...Allahın qanununu Allah itaətlərini vacib edən şəxslərə (İmamlardan) itaət etməyi hər şeydən üstün tutun. Dünyaya aldanıb ona aşiq olan şeytanların itaətini heç vaxt Allah və İlahi hüccətlərin itaətindən üstün tutmayın... Günahkar və azğın adamlarla oturub-durmayın zalımlarla həmkarlıq etməyin fasiqlərlə əlaqədə olmayın və onların fitnə-fəsadından uzaq olun. Onlardan uzaqlaşın və bilin ki Allah övliyaları ilə müxalifətçilik edən Allahın dinindən başqa dinə itaət edən və İlahi hüccətlərə qarşı özbaşınalıq edən şəxs Cəhənnəmdə şölələnmiş alovla üzləşməli olacaq...”2