İmam Səccad əleyhissəlamın təbliğ və mübarizə metodlarından biri də İslam maarifini dua şəklində bəyan etmək idi. Bildiyimiz kimi dua insanla Allah arasında çox mühüm və tərbiyəvi təsir bağışlayan bir vasitədir. Bu baxımdan duanın İslam nöqteyi-nəzərindən xüsusi yeri vardır. Peyğəmbər (səlləllahu əleyhi və alih) və məsum İmamlardan bizə yetişmiş duaları bir yerə yığsaq böyük bir toplu (dua ensiklopediyası) əmələ gələr. Bu dualar böyük tərbiyə məktəbi olub insanın ruhi qidasında böyük rol oynayır.