Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə154/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   150   151   152   153   154   155   156   157   ...   427

Səhifeyi-Səccadiyyə


İmam Səccad əleyhissəlamın dövrü dikdatura mühitinə təsadüf etdiyi üçün o Həzrət öz fikir və məqsədlərinin çoxunu dua və münacat şəklində camaata çatdırırdı. İmam Səccad əleyhissəlamın dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır. Belə ki hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz ona “Uxtul-Quran”3 (Quranın bacısı) “İncilu-Əhli-beyt” (Əhli-beytin İncili) və “Zəburi-Ali-Məhəmməd (s)” (Məhəmməd (s) ailəsinin Zəburu) ləqəblərini vermişlər.4

Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda islami elmlər və maarif dəryasıdır. Onun içində əqidəvi mədəni ictimai siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altımış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi “Səhifeyi-Səccadiyyə”nin bir nüsxəsini özünün müasiri olan “Təntavi” təfsirinin müəllifi və İskəndəriyyə müftisinə hədiyyə göndərir. İskəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mərəşi Nəcəfinin cavabında yazmışdı: “Bu bizim bədbəxtliyimizdəndir ki bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram onu bəşər kəlamından üstün Tanrı kəlamından isə aşağı görürəm.”5

Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu ona ərəb və fars dillərində çoxlu şərh yazılmışdır.

Mərhum Şeyx Ağabüzürg Tehrani çox qiymətli “Əz-Zəriətu ila təsanifiş-şiə” kitabında Səhifeyi-Səccadiyyəyə yazılmış əlli şərhin (tərcümələrdən başqa) adını çəkmişdir.6 Bu şərhlərdən əlavə, keçmiş və müasir alimlərin bir dəstəsi bu kitabı dəfələrlə ayrı-ayrılıqda tərcümə etmiş və onların bir çoxu son illərdə nəşr edilmişdir.



Səhifeyi-Səccadiyyə əlli dörd duadan ibarətdir. Onların mündəricatı aşağıdakı şəkildədir:


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin