İmam Səccad əleyhissəlamın öz dövrünün zülm və fəsadlarına qarşı mübarizə metodlarından biri də, İslam hökmlərinin nəşri əxlaqi və tərbiyəvi məsələlərin bəyan olunması olmuşdur. İmam Səccad (əleyhissəlam) bu sahədə çox böyük addımlar atmışdır. Belə ki İmam əleyhissəlamın bu xidmətləri alimləri heyran qoymuş və onlar bu işi alqışlamağa məcbur olmuşlar. Şiə məzhəbinin görkəmli alimi Şeyx Müfid bu barədə yazır: “Sünni məzhəbinin fəqihləri ondan (İmam Səccaddan) o qədər elm nəql olunmuş moizələr dualar Quran fəzilətləri halal-haramlar qeyd etmişlər ki bunların hamısı bütün alimlər arasında məşhurdur. Onları izah etmək istəsək söhbət çox uzanar...”2
İmam Səccad əleyhissəlamdan yadigar qalmış əxlaqi-tərbiyəvi təlimlərdən bir nümunəsi “Risalətül-hüquq” adlı bir topludur. İmam burada insanın müxtəlif istər Allah qarşısında istərsə də özü və başqaları qarşısındakı vəzifələrini bəyan etmişdir. Əlliyə qədər olan bu vəzifə və hüquqları İmam (əleyhissəlam) əvvəl qısa şəkildə sonra isə ətraflı izah etmişdir.
İmam Səccad əleyhissəlamın bəyan etdiyi vəzifələr insanın boynunda olan haqların ardıcıllığı aşağıdakı şəkildədir:
Dostları ilə paylaş: |