Elmi inqilabın banisi
İmam Məhəmməd Baqir (əleyhissəlam) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhissəlamın İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm zöhd (təqva) fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş onun böyük elmi və əxlaqi məqamı dostun da düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər təfsir İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki o vaxtadək İmam Həsən (əleyhissəlam) İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.2 O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cüfi Kisan Sicistani3 həmçinin, İbn Mübarək Zühri Uzai Əbu Hənifə Malik Şafei Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş onun buyurduqlarını gah bilavasitə gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.
Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri Bəlazəri Səlami Xətib Bağdadi Əbu Nəim İsfahani eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik Sünəni-Əbu Davud Müsnədi-Əbu Hənifə Müsnədi-Mərvəzi Təfsiri-Nəqqaş Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqir əleyhissəlamın mənalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) buyurmuşdur” yaxud “Məhəmməd Baqir (əleyhissəlam) buyurmuşdur” ifadəsi gözə dəyir.1
Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir əleyhissəlamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.
Dostları ilə paylaş: |