(Süleymanın atası) Əbdülməlik ibn Mərvanın Süleymandan sonra onun vəliəhdinin Yezid ibn Əbdülməlik olması barədə vəsiyyət etməsinə baxmayaraq, Süleyman xəstələnib ölümünün çatmasını bildikdə, bir sıra səbəblər üzündən Ömər ibn Əbdüləzizi öz vəliəhdi təyin etdi. Süleymanın ölümündən sonra məsciddə Ömər ibn Əbdüləzizin xəlifə seçildiyi elan olunduqda, camaat bunu çox təntənə ilə qarşılayıb ona beyət etdi.1 Ömər ibn Əbdüləziz camaatın narahatçılığını Bəni-Üməyyənin hakimiyyətinə qarşı olan kin-küdurətini görüb öz işinə başlayan kimi kimsəsizlərə kömək etmək qərarına gəldi və mərkəzin əyalətlərdəki nümayəndələrinə belə bir məktub yazdı:
“Camaat zülm haqsızlıq və çətinliklərə məruz qalmışdır. Allahın dini onların arasında əksinə icra olunmuşdur. Keçmiş zalım hakim və valilər icra etdikləri qanun və bidətlərlə haqqı xeyir işləri və mülayim rəftarı çox az icra etmiş camaatı boğaza yığmışlar. İndi ötənləri aradan qaldırmaq lazımdır və bu cür işlər bir daha təkrar olunmamalıdır. Bundan sonra kim həcc ziyarətinə getmək istəsə gərək onun pulunu tez beytül-maldan ödəyəsiniz. Sizin mənimlə məsləhətləşmədən bir nəfəri cəzalandırmağa kiminsə əlini kəsməyə yaxud kimisə edam etməyə ixtiyarınız yoxdur.”2