Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə202/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   198   199   200   201   202   203   204   205   ...   427

Xüsusi mədəni şərait


Fikir və mədəniyyət cəhətdən də, İmam Sadiq əleyhissəlamın dövrü mədəniyyət və fikir yüksəlişi dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş dərəcədə elmə həvəs yaranmış və müxtəlif elmlər istər Quran qiraəti təfsir hədis fiqh və əqaid kimi İslami elmlər istərsə də tibb fəlsəfə astronomiya riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi. Belə ki azca düşüncə tərzi olan hər bir şəxs elm bazarına müraciət edirdi. Deməli İmamın cavab verməsinin labüd olduğu bir elm teşnəliyi yaranmışdı.

Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar:



1. İslamda fikir və əqidə azadlığı; Düzdür bu fikir azadlığında Abbasilərin də rolu olmuşdur ancaq bu azadlığın bünövrəsi İslam təlimlərində idi. Yəni əgər Abbasilər bunun qarşısını almaq istəsəydilər yenə bacarmazdılar.

2. O dövrün mühiti tamamilə bir İslami mühit olmuş və camaat məzhəbi fikirlərin təsir dairəsində olmuşdur. İslam Peyğəmbərinin eləcə də, Quranın elm öyrənmək elm barədə düşünmək haqqındakı alqışları bu elmi yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur.

3. İslamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə malik olan qəbilələr olmuşlar. Hətta bəzi vaxtlar bu qəbilələr İran Misir və Suriya qəbilələri kimi o dövr mədəniyyətinin mərkəzinin əhalisindən hesab olunurdular. Onlar İslam təlimatına dərindən yiyələnmək üçün təhqiq tədqiqat və nəzər mübadiləsi ilə məşğul olurdular.

4. Dini güzəşt yaxud qeyri-müsəlmanlarla xüsusən də, kitab əhli ilə dinc-yanaşı qonşuluq. Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də öz dini qayda-qanunlarına zidd bilmirdilər. O dövrdə kitab əhli əsasən, alim və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi əlaqələr yaradır bu isə təbii ki bəhs təhqiqat və elmi münazirələrə gətirib çıxarırdı.1

Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin