Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə204/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   200   201   202   203   204   205   206   207   ...   427

Böyük Cəfəri məktəbi


İmam Sadiq (əleyhissəlam) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını həmçinin, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqir əleyhissəlamın elmi və mədəni inqilabının yolunu davam etdirərək böyük elm ocağı böyük məktəb təsis etdi. O dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm Məhəmməd ibn Müslim Əban ibn Təğlib Hişam ibn Salim Mömin Taq Müfəzzəl ibn Ömər Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi.4 Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi əsərlər yazmış çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki Hişam ibn Həkəm otuz bir cild5 Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində istər dəqiq elmlər istər təbiət elmləri istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq6 kitab yazmış məhz buna görə də, “kimyanın atası” ləqəbini almışdır. Cabirin kitabları orta əsrlər dövründə Avropanın müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.

Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin