Мя’сум имамларын


Hişam həqiqət axtarışında



Yüklə 4,88 Mb.
səhifə211/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   207   208   209   210   211   212   213   214   ...   427

Hişam həqiqət axtarışında


Hişamın həyat tarixinə nəzər yetirdikdə, məlum olur ki o elm və həqiqət vurğunu olmuş bu məqsədinə çatmaq və elm mənbəyindən sirab olmaq üçün əvvəl öz dövrünün elmlərini öyrənmiş sonra isə elmini təkmilləşdirmək üçün yunan filosoflarının kitablarını oxuyub fəlsəfəni çox yaxşı mənimsəmişdi. Hətta o, axırda Aristotelin fəlsəfəsinin inkarına dair bir kitab yazmışdı. Daha sonra öz elmi-fikri təkamülünün tələbinə əsasən, müxtəlif məktəblərdə olmuş ancaq heç hansı bir məktəbin fəlsəfəsi onu qane etməmişdi. Onun elm teşnəliyini yalnız İslamın möhkəm məntiqəuyğun və aşkar təlimatı söndürə bilmişdir. Buna görə də, müxtəlif məktəblərlə tanış olduqdan sonra onlardan uzaqlaşmış və əmisi vasitəsilə İmam Sadiq əleyhissəlamla tanış olmuşdur. Həmin tarixdən etibarən onun həyat tərzi İslamla olan dərin tanışlığı və şiə məntiqini qəbul etməsi sayəsində tamamilə dəyişilmişdir.

Bəziləri demişlər: “Hişam ibn Həkəm əvvəllər bir müddət (Zənadiqə məzhəbindən olub tam materializm əqidəsində olan) Əbu Şakir Disaninin şagirdi olmuş sonra isə cəbriyyə məzhəbinə keçərək bu əqidəyə mənsub Cəhm ibn Səfanın tərəfdarlarından biri olmuşdur.”

Bu fikirdə olan şəxslər bu məsələni Hişamın zəif cəhətlərindən sayıb onu əqidə pozğunluğu ilə ittiham etmişlər. Halbuki əvvəla o nəinki Əbu Şakir Disaninin şagirdi olmamışdır hələ onunla bir sıra elmi mübahisələr aparıb onun İslam dininə gəlməsinə səbəb olmuşdur.1 Üstəlik təsəvvür etsək ki bu fərziyyə düzgündür və Hişam yuxarıda qeyd etdiyimiz məzhəblərin əqidələri ilə maraqlanıb bu o demək deyildir ki o həmin məzhəblərin əqidəsini qəbul etmişdir. Onların əqidəsi ilə maraqlanmaq sadəcə olaraq onunla bəhs və elmi müzakirə etmək üçün olmuşdur. İkincisi də, bu dəyişikliklər onun əqli və fikri təkamülünün seyr etmək funksiyasını daşımış həqiqət axtarışında olub haqqı son dərəcə agahlıq nəticəsində tapmaq istəyən şəxs üçün heç də zəif cəhət hesab olunmur. Əksinə bu onun əqidə və fikri təkamülünün son həddi kimi başa düşülməli və buna əsasən, hökm yürüdülməlidir.2 Bunu da bilirik ki, Hişam ömrünün sonunadək İslamın və şiə məzhəbinin əsaslarının təbliği sahəsində çalışmış həyat tarixində parlaq səhifələr qoyub getmişdir.


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin