İmam Sadiq (əleyhissəlam) İmamət məsələsinin əsl həqiqətini təbliğ etmək məqsədi ilə müxtəlif yerlərə nümayəndələr göndərirdi. O cümlədən, Kufə şəhərindən olan bir nəfər İmam Sadiq (əleyhissəlam) tərəfindən Xorasan vilayətinə gəlib oranın əhalisini o Həzrətə tabe olmağa dəvət etdi. Bəziləri onun dəvətini qəbul edib İmam əleyhissəlamın itaəti altına keçdi lakin bəziləri onun dediklərini qəbul etməyib itaətdən boyun qaçırtdı həmçinin, bəziləri də ehtiyat edib heç bir tərəfi seçmədilər. Sonra hər dəstədən bir nəfər nümayəndə seçilib İmam Sadiq əleyhissəlamla görüşə getdi. Səfər zamanı üçüncü dəstənin nümayəndəsi öz səfər yoldaşlarından birinin kənizi ilə bəyənilməz bir iş gördü. (Bu işdən heç kimin xəbəri olmadı.) Elə ki, onlar İmam Sadiq əleyhissəlamın hüzuruna gəldilər həmin şəxs sözə başlayıb dedi: “Kufə şəhərindən bir nəfər gəlib bizi sizə itaət etməyə dəvət etdi. Bir dəstə onun dediklərini qəbul etdi başqa bir dəstə isə qəbul etmədi bir dəstə də ehtiyat edib heç bir tərəfi seçmədi.” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Sən hansı dəstədənsən?” O cavab verdi ki mən ehtiyat edənlərdənəm. İmam Sadiq (əleyhissəlam) buyurdu: “Sən ki, ehtiyat edirsən bəs, onda nəyə görə filan gecə ehtiyat etməyib elə xəyanətkar iş gördün?”1
Gördüyümüz kimi qeyd olunan bu hadisədə İmam Sadiq əleyhissəlamın nümayəndəsi kufəli onun nümayəndəliyə getdiyi yer isə Xorasan vilayəti olmuş halbuki, İmam Sadiq əleyhissəlamın özü Mədinədə yaşamışdır. Bu İmam Sadiq əleyhissəlamın siyasi fəaliyyət dairəsinin genişliyini göstərir.