Мя’сум имамларын


Nə üçün İmam Sadiq (ə) Abbasilərin başçılarının təklifini rədd etdi?



Yüklə 4,88 Mb.
səhifə223/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   219   220   221   222   223   224   225   226   ...   427

Nə üçün İmam Sadiq (ə) Abbasilərin başçılarının təklifini rədd etdi?


Deyilənlərə diqqət yetirərkən ilk baxışda İmam Sadiq əleyhissəlamın Əbu Müslim və Əbu Sələmənin təklifləri qarşısındakı mövqeyi bir az anlaşılmazlıq yaradır. Ancaq bu məsələyə bir az diqqətlə yanaşdıqda, İmam əleyhissəlamın belə bir mövqedə durmasının səbəbi çox aydın şəkildə məlum olur. İmam Sadiq (əleyhissəlam) çox yaxşı bilirdi ki qiyam başçılarının hakimiyyətə gəlməkdən başqa bir fikri yoxdur. Əhli-beytin tərəfdarlığı şüarını irəli sürmələri isə müxtəlif kütlələri özlərinə tərəf cəlb etməkdən ötrüdür.

Tarixi rəvayətlər sübut edir ki Xorasan qoşunu Kufəyə gəldikdən sonra Əbu Sələmeyi Xəllal siyasi işləri öz əlinə alıb ətrafındakı siyasi və nizami təşkilatları genişləndirməyə başladı. O istəyirdi ki Əli əleyhissəlamın nəslindən bir nəfər xəlifə seçilməklə dövlətin əsas qüdrətini özü ələ alıb son qərarı özü çıxartsın xəlifənin ancaq adı olub zahirdə görünsün.1

İmam Sadiq (əleyhissəlam) bilirdi ki Əbu Müslim və Əbu-Sələmə Əhli-beytdən olan tanınmış bir nəfər rəhbər təyin etməklə öz məqsədlərinə çatmaq fikrindədirlər. İmam (əleyhissəlam) bilirdi ki onlar onu İmam kimi tanımır. Əgər onu İmam kimi tanısaydılar onda eyniməzmunlu məktubu Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən olan üç nəfərə niyə yazırdılar?

İmam Sadiq (əleyhissəlam) son dərəcə qətiyyətlə bilirdi ki qiyamın əsas təşkilatçıları Abbasilərdir onların da hakimiyyətə gəlməkdən başqa bir məqsədləri yoxdur. Əbu Müslim və Əbu Sələmə kimilər isə yalnız bir vasitədirlər. İmam Sadiq (əleyhissəlam) bilirdi ki Abbasilər daha onlara lazım olmayan və yaxud da, onlara mane olan şəxsləri tezliklə aradan götürəcəklər. Elə belə də oldu. Əbu Müslim Əbu Sələmə Süleyman ibn Kəsir və tezliklə başqaları aradan götürüldülər. İmam (əleyhissəlam) qətiyyətlə bilirdi ki Əbu Müslim və Əbu Sələmə kimilər aldadılmışlardır və onlar heç də İslam və Əhli-beyt yolunda deyillər. Buna görə də, onlarla həmkarlıq etməyə və onların gördüyü işlərə şəri bəraət verməyə razı olmurdu. Çünki qiyam başçıları onun məktəbinin şagirdləri deyildilər. Onlar intiqam hakimiyyətə gəlmək və eləcə də pis işlər uğrunda çox ifrata varmış və elə işlər görmüşdülər ki özünü müsəlman bilən şəxs onların gördüyü bu işləri əsla təsdiqləyə bilməzdi.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin