Tarixə nəzər saldıqda Abbasilər qiyamının əvvəllərində İbrahimin Əbu Müslim Xorasaniyə yazdığı vəsiyyətin mətninə rast gəlirik.
Əmiri-Ali-Məhəmməd2 (səlləllahu əleyhi və alih) ləqəbi almış tanınmış qəhrəman Əbu Müslim Xorasani Məkkəyə səfəri zamanı İbrahimlə görüşdü. İbrahim öz vəsiyyətlərini ona deyib sonralar Abbasilərin simvolu olmuş qara bir bayrağı da ona verərək onu Xorasanda qiyam qaldırmaq üçün göndərdi. Bu vəsiyyət İbrahim Əbu Müslim və sair qiyam başçılarının əsl simasını açıb söylədiyi üçün onu olduğu kimi burada qeyd edirik.
İbrahim bu fərmanın (vəsiyyətin) əvvəlində Əbu Müslimi - bu təcrübəsiz cavanı daha çox aldatmaq üçün deyir: “Sən bizim ailəmizdən olan bir şəxssən. Sənə nə deyirəmsə ona əməl et... (Bizə qarşı vəfalı olmaqda) kimdən şübhələnsən onu qətlə yetir əgər bacarsan, Xorasanda bir nəfər də olsun belə ərəb qoyma (Xorasanda olan bütün ərəbləri öldür.) Hətta beş qarış boyunda bir uşaqdan da şübhələnsən öldür.”1
Beləliklə, İbrahim öz vəsiyyətində Əbu-Müslimə açıq-aşkar qətl fərmanı verir.
Muqrizi deyir: “Əgər İbrahim Əbu-Müslimi qeyri-müsəlman bir vilayətin əhalisini İslama dəvət etmək üçün göndərsəydi bu cür bir hökm verməsi əsla caiz olmazdı. Halbuki, o Əbu-Müslimi müsəlman vilayətinə göndərib ona belə bir qırğın əmri verdi.”2
Dostları ilə paylaş: |