Мя’сум имамларын


İmam Sadiq (əleyhissəlam) Abbasilərlə üz-üzə



Yüklə 4,88 Mb.
səhifə227/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   223   224   225   226   227   228   229   230   ...   427

İmam Sadiq (əleyhissəlam) Abbasilərlə üz-üzə


Yuxarıda qeyd etdiyimiz kimi Bəni-Abbas Bəni-Üməyyə ilə mübarizənin əvvəllərində (Bəni-Haşimi) Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsini himayə etmək haqq-ədalət qurmaq şüarlarını verirdilər. Həqiqətən də, bir tərəfdən Əməvilərin hakimiyyəti dövründə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin məzmlumluğu müsəlmanların ürəklərini yaraladığından digər tərəfdən də, onlar İslam hakimiyyəti adı altında heç bir zülm etməyi əsirgəmədiyindən, Bəni-Abbas camaatın Bəni-Üməyyəyə qarşı olan ciddi narazılığından istifadə edib Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsini himayə etmək şüarı adı altında işin əvvəlində xalqın etimadını özlərinə cəlb edə bildilər. Ancaq onların Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə qarşı zülmün haqsızlığın aradan qaldırılması və haqq-ədalətin öz yerini tutacağı barədəki vədləri həyata keçmədi heç, üstəlik çox çəkmədi ki Bəni-Üməyyənin qeyri-İslami işləri bu dəfə bir az da, artıqlaması ilə icra olunmağa başladı. İş o yerə çatdı ki camaat yenidən Bəni-Üməyyə hakimiyyətinin qayıtmasını arzuladı. Necə ki, Əbu Əta Sindi adlı bir şairin bu həqiqətlə bağlı söylədiyi şe`rindəki misralar diqqəti özünə cəlb edir:

Kaş bir daha Bəni-Üməyyənin zülm və azğınlığı geri dönəydi,

Abbaislərin haqq-ədaləti isə cəhənnəmə gedəydi!2

Səffahın hakimiyyət dövrü qısa və ilk Abbasi xəlifəsinin hakimiyyət dövrü olduğundan o vaxt hələ Bəni-Abbas hakimiyyətinin dayaqları çox da möhkəmlənmədiyi üçün onun dövründə camaata bir o qədər də zülm olunmurdu. Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi də çox təzyiqlərə məruz qalmırdı. Ancaq Mənsur Dəvaniqinin hakimiyyətə gəlişi ilə zülm artdı. Mənsur nisbətən uzun müddət yəni təxminən iyirmi bir il İmam Sadiq əleyhissəlamın müasiri olduğu üçün onun bu müddətdə göstərdiyi təzyiqlər və törətdiyi cinayətlər barədə bir az açıqlamalar veririk.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin