Мя’сум имамларын


Mədinə iqtisadi blokadada



Yüklə 4,88 Mb.
səhifə230/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   226   227   228   229   230   231   232   233   ...   427

Mədinə iqtisadi blokadada


(İmam Həsən əleyhissəlamın nəvəsi) “Nəfsi Zəkiyyə”2 adı ilə məşhur olmuş Məhəmməd ibn Abdullah ibn Həsənin qiyamından sonra İmam Sadiq əleyhissəlamın həyatının sonlarında Mənsur Mədinə şəhərində baş vermiş qiyamı yatırtmaq üçün Riyah ibn Osman adlı çox zalım qaniçən və rəhmsiz bir şəxsi Mədinəyə vali təyin etdi. Riyah Mədinəyə gəldikdən sonra camaatı bir yerə toplayıb xütbə oxuyaraq xütbənin əsnasında dedi: “Ey Mədinə camaatı! Mən əfi oğlu əfiyəm. Mən sizin şəhərinizi xarabaya çevirən kişilərinizi qıran Müslim ibn Üqbənin qardaşı oğluyam. And olsun Allaha əgər təslim olmasanız sizin şəhərinizi alt-üst edəcəyəm. Belə ki daha onda həyatdan əsər-əlamət qalmayacaq.”

Bu zaman müsəlmanlardan bir dəstəsi yerlərindən qalxaraq etiraz edib dedilər: “Öz adını İslam tarixinə qara sabiqə ilə yazdırmış və atası günah işlətdiyinə görə iki dəfə cəzalandırılmış sənin kimi bir şəxs belə bir iş görə bilməz. Biz sənə bu cür iş görməyə icazə vermərik.” Riyah Mənsura xəbər göndərdi ki xalq etiraz edib xəlifənin əmrinə tabe olmur. Mənsur onun vasitəsilə Mədinə əhalisinə təhdidamiz bir məktub yazıb bildirdi ki əgər öz müxalifətçiliklərini davam etdirsələr ticarət yollarını həm sudan həm qurudan onların üzünə bağlamaqla onları iqtisadi blokadaya alacaq və nizami qoşun göndərib onların həyatına son qoyacaqdır. Riyah camaatı məscidə yığıb minbərə qalxaraq xəlifənin məktubunu oxumağa başladı. Heç məktub oxuyub qurtarmamışdı ki hər tərəfdən camaatın etiraz fəryadı ucaldı və camaatın qəzəbi cuşa gəldi. Camaat onu elə minbərin üstündəcə daşa basdı. O isə canını qurtarmaq üçün bir təhər aradan çıxıb gizləndi...1

Mənsur bu hadisədən sonra öz hədələmələrini həyata keçirib ticarət üçün olan gediş-gəliş yolunu bağlayaraq Mədinəni iqtisadi blokadaya aldı. Bu blokada onun oğlu Mehdi Abbasinin hakimiyyəti dövrünədək davam etdi.2


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin