Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə233/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   229   230   231   232   233   234   235   236   ...   427

Məcburi yazılmış kitab


Mənsur Dəvaniqi Malikə əmr edir ki bir hədis kitabı yazıb hədisçilərin ixtiyarında qoysun. Malik bu işdən boyun qaçırır lakin Mənsur israr edirdi. Bir gün Mənsur ona deyir: “Bu kitabı yazmalısan çünki indi səndən bilikli adam yoxdur.” Malik Mənsurun israr və təkidi nəticəsində “Müvəttə” adlı bir kitab yazır.4 Bu hadisədən sonra o dövrün hakim qüvvələri camaatı İmam Sadiq əleyhissəlamın məktəbindən uzaqlaşdırmaq üçün bütün qüvvəsi ilə Malikin səs-sorağını verdiyi fətvaları yayıb təbliğ etməyə başlayırlar. Mənsur Malikə deyir: “Əgər sağ qalsam sənin fətvalarını Quran ayələri kimi yazıb bütün şəhərlərə göndərərək camaatı ona əməl etməyə məcbur edəcəyəm.5

Əlbəttə, bu müftilər də öz dövrlərinin müqabilində istər-istəməz onların mənafeyini qoruyurdular. Əgər xəlifə bilsəydi ki ona tabe olan müftilər onun mənafeyinə zidd olan bir iş görüb yaxud öz aləmlərində onun mənafeyi ilə ziddirlər onları möhkəmcə cəzalandırardı. Belə ki Malik ibn Ənəs, Mənsurun nəzərində o qədər böyük olmasına baxmayaraq, Mənsurun sözünü onun əmisi oğlunun yanında danışdığına görə onun əmri ilə yetmiş zərbə şallaq vurulması əmrinə məhkum olunmuşdu. Bu Malikin xəlifənin fikrinə və meylinə zidd fətva verməsinə görə olmuşdu.1



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin