Yusif ibn Əmr Səqəfi Əməvilərə zidd olan qoşun dəstələrinin Zeydin ətrafına toplaşmasını ardıcıl olaraq Hişama xəbər verirdi. Bu işdən qorxuya düşən Hişam Yusifə əmr edir ki tez Zeydin topladığı orduya hücum edib qiyam alovunu söndürsün.
Hər iki tərəfin qoşunları səfərbər oldu və çox çətin bir döyüş baş verdi. Zeyd son dərəcə şücaətlə vuruşur və ordusunu dözümlü olmağa çağırırdı. Döyüş axşamadək davam etdi. Birdən düşmən tərəfindən atılmış bir ox Zeydin alnına batır. Daha döyüşməyə taqəti qalmayan Zeyd bir tərəfdən bəzi dostlarının döyüşdə öldürülməsinə digər tərəfdən də ordusunun bir hissəsinin pərakəndə olmasına görə məcbur qalıb geri çəkilmək əmri verdi.