Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun müasiri olmuşdur:
Mənsur Dəvaniqi (137-158 h.q);
Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169);
Musa − Hadi adı ilə tanınmış (169-170);
Harun Ər-Rəşid (170-193).
İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O bu işdə təkcə şiələri deyil eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.1
İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin təyib edibsə onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: “Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:
Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;
(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;
Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı);
Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam));
Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);”
Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki bunlardan hansını çağırıb boynunu vurdurum?
Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki bunları öldürmək olmaz!1
İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (əleyhissəlam) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış2 lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.
Dostları ilə paylaş: |