Мя’сум имамларын


İmam Kazim əleyhissəlamın dövründə xilafətin gördüyü çirkin işlər



Yüklə 4,88 Mb.
səhifə248/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   244   245   246   247   248   249   250   251   ...   427

İmam Kazim əleyhissəlamın dövründə xilafətin gördüyü çirkin işlər

1. Məhdi Abbasi


Çirkin nəticələri İslam məmləkətinin hər yerinə ziyan vurmuş Mənsurun xəlifəlik dövrü, onun ölümü ilə başa çatır və camaat iyirmi iki il əzab-əziyyətə qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır.

Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o hakmiyyətə gəldiyi ilk vaxtda “Yaşıl bağ”da camaat qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun istərsə də qeyri Bəni-Haşimdən) azad edərək camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi daşınan və daşınmaz əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü.1

Görkəmli tarixçi Məsudinin yazdığına əsasən, Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm və on dörd milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən, “məzlumların beytül-malı” adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə ya da onların varislərinə qaytardı.2

Məhdinin belə bir addım atmasından məqsəd bəlkə də, bu olmuşdur ki hakimiyyət başına gələrkən Ələvilərin (Əli əleyhissəlamın nəslindən olanların) təcavüzkar hakimlərə qarşı etdikləri etirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır. Təbii ki əgər bu iş beləcə davam etsəydi bir çox parlaq nəticələr verərdi ancaq təəssüflər olsun ki çox çəkmədi ki, proqram dəyişdi və yeni xəlifə özünün həqiqi simasını göstərdi. Beləliklə də, ötən xəlifələrin İslama zidd olan hərəkətləri yenidən icra olunmağa başladı.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin