Qeyd etdiyimiz kimi bu hərəkata “Fəxx şəhidi” adı ilə tanınmış Hüseyn ibn Əli – İmam Həsən əleyhissəlamın nəvəsi başçılıq edirdi. O Bəni-Haşim tayfasının seçilmiş fəzilətli cəsur və hörmətli kişilərdən biri olub təqvalı səxavətli və yüksəkməqamlı bir şəxs idi. Hüseyn ibn Əli yüksək insani sifətlər baxımından tanınmış və seçilmiş simalardan biri hesab olunurdu. O öz yüksək insani sifətləri sayəsində “zövci-saleh” ləqəbi ilə tanınmış pak təqvalı və fəzilətli ata-anadan dünyaya gəlmiş fəzilət təqva və hünər ailəsində tərbiyə almışdır. Onun atası dayısı babası anasının əmisi və digər yaxın qohumları Mənsur Dəvaniqinin əmri ilə şəhadətə yetirilmiş İslam düşmənləri ilə mübarizədə neçə-neçə oğlunu qurban vermiş bu böyük ailə əbədi və dərin qəm dəryasına qərq olmuşdu.1 Belə bir ailənin tərbiyəsini görmüş Hüseyn (Fəxx şəhidi) Mənsurun cəlladları tərəfindən qətlə yetirilmiş atasının və digər qohumlarının ölümünü heç vaxt unutmur onların şəhadət xatirəsi onun Abbasilərə qarşı ziddiyyətlə dolu olan böyük və qorxmaz ruhunu bərk narahat edirdi. Ancaq vəziyyət və şəraiti münasib olmadığından, o zillətli sükuta məcbur idi.
Hadi Abbasinin xüsusən də, Mədinə hakiminin özbaşınalıqları ürəyi dağlanmış Hüseynin səbr kasasını doldurmuş onu Hadinin hökumətinə qarşı qiyam etmək astanasına gətirib çıxarmışdı.