Yeddinci İmam və Fəxx şəhidi
Bu faciə heç də İmam Kazim əleyhissəlamla əlaqəsiz olmamışdır. Çünki İmam Kazim (əleyhissəlam) bu mübarizənin yaranmasından təşəkkül tapana qədər nə təkcə ondan xəbərsiz olmamış hətta Fəxx şəhidi Hüseynlə sıx əlaqədə olmuşdur. İmam Kazim əleyhissəlamın qiyamın məğlub ediləcəyini qabaqcadan bilməsinə baxmayaraq, o Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurur: “Baxmayaraq ki sən şəhid olacaqsan ancaq cihad və mübarizədə yenə möhkəm ol! Bunlar (xəlifə və onun ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-taaladan istəyirəm.”2
Digər tərəfdən də, Hadi Abbasi, İmam Kazim əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki onun fikrincə pərdə arxasında olsa da, bəzi cəhətlərdən bu əməliyyata İmam Kazim (əleyhissəlam) başçılıq etmişdir. Buna görə də, o, Həzrəti ölümlə hədələyib dedi: “And olsun Allaha Hüseyn (Fəxx şəhidi) Musa ibn Cəfər əleyhissəlamdan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir. Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və İmamı məhz Musa ibn Cəfər əleyhissəlamdır. Əgər mən onu sağ qoysam Allah məni öldürsün!”3
Bu təhdidlərə İmam Kazim (əleyhissəlam) soyuqqanlı yanaşsa da Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.
Dostları ilə paylaş: |