Bu saray kimindir?
Bir gün İmam Kazim (əleyhissəlam) Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: “Bu saray kimindir?” Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını İmama göstərmək idi. İmam Kazim (əleyhissəlam) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: “Bu ev fasiqlərin evidir. Hansı ki Allah-taala onların haqqında buyurur: “Yer üzündə haqsız yerə layiq olmadıqları halda təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam mane olacağam. Onlar nə möcüzə görsələr ona inanmazlar. Onlar haqq yolu görsələr onu qəbul etməz azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.”1
Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: “Onda bu ev kimindir?” İmam Kazim (əleyhissəlam) buyurdu: “(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar.”
Harun: “Əgər bu ev şiələrindirsə bəs, onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?”
İmam Kazim (əleyhissəlam):“ Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa onu yenidən geri alacaq.”2
Dostları ilə paylaş: |