Əli əleyhissəlamın hakimiyyətinin əsl ədalət əsasında olduğuna və xilafətin əsl İslam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, bu dəstə Əli əleyhissəlamın hökuməti qarşısında müxalif bir dəstə yaratdı. Bu müxalifət sonda «Nakisin» «Qasitin» və «Mariqin» döyüşləri ilə nəticələndi. İndi də həmin döyüşlər barədə ayrı-ayrılıqda qısa məlumat veririk:
Nakisin1döyüşü (cəməldöyüşü)
Nakisin döyüşünün səbəbi bu idi ki Təlhə və Zübeyr Əli əleyhissəlama beyət etdikdən sonra ondan Bəsrə və Kufə şəhərlərinə vali (başçı) təyin olunmalarını istədikdə, İmam (əleyhissəlam) onların bu istəyi ilə razılaşmadı. Nəhayət onların hər ikisi “ümrə”ni bəhanə edərək Məkkəyə yola düşdülər. Orada (Məkkədə) Bəni-Üməyyə tərəfindən qarət olunmuş beytül-maldan istifadə edərək ordu yaradıb Ayişə ilə birlikdə Osmanın qanını almaq qəsdi ilə Bəsrəyə üz tutdular. Bəsrəni tutub öz əllərinə keçirdilər. Əli (əleyhissəlam) bu hadisədən xəbərdar olub onları aradan götürmək məqsədilə ordu ilə Bəsrəyə tərəf hərəkət etdi. Bəsrə yaxınlığında qızğın döyüş nəticəsində Əli (əleyhissəlam) qalib gəldi və «nakisinlər» məğlubiyyətə uğradılar. Bu döyüş hicrətin otuz altıncı ilində baş vermişdir.