Мя’сум имамларын


Təhlükəli və gizli bir tapşırıq



Yüklə 4,88 Mb.
səhifə272/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   268   269   270   271   272   273   274   275   ...   427

Təhlükəli və gizli bir tapşırıq


Əli ibn Yəqtin gizli şəkildə öz malının xümsünü İmam Kazim əleyhissəlamın hüzuruna göndərir bəzi vaxtlar isə şərait ağır və çətin olduqda, o Həzrət üçün maddi imkanat yaradırdı. Onun dostlarından ikisi deyir ki bir gün Əli ibn Yəqtin bizi çağırıb bizə bir qədər pul və bir neçə məktub verərək dedi: “İki ədəd minik vasitəsi alıb gizli yolla gedərək bunları İmam Kazim əleyhissəlama çatdırın. Sizin bu işinizdən heç kimin xəbəri olmasın.” Həmin iki nəfər deyir: “Kufəyə gəlib iki minik vasitəsi aldıq. Yol üçün tədarük gördükdən sonra gizli yolla hərəkət etdik. “Bətnür-rəhmə” adlı yerdə heyvanlardan düşüb qabaqlarına ot qoyduq özümüz də nahar etmək üçün oturduq. Bu vaxt yanında da, bir yoldaşı olan bir atlı gəldi. Yaxınlaşdıqda gördük ki İmam Kazim əleyhissəlamdır. Qalxıb ona salam verdikdən sonra pulu və məktubları təhvil verdik. O Həzrət də bir neçə məktub çıxarıb bizə verərək buyurudu: “Bunlar sizin məktubların cavabıdır.” Biz ona dedik ki azuqəmiz qurtarıb əgər icazə versəniz, Mədinəyə gedib həm Peyğəmbəri (səlləllahu əleyhi və alih) (qəbrini) ziyarət edər həm də yol üçün azuqə tədarük görərdik. O bizə buyurdu: “Qalan azuqənizi mənə göstərin.” Azuqəmizi (olan-qalanını) çıxarıb ona göstərdik. O tərəf-bu tərəfinə əl gəzdirib buyurdu: “Bu sizi Kufəyə qədər görər.” O bizim Mədinəyə getməyimizi məsləhət bilməyib buyurdu: “Siz (həqiqətdə elə bil ki,) Peyğəmbəri (səlləllahu əleyhi və alih) gördünüz indi isə Allahın pənahı altında geri qayıdın.”2

Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin