Мя’сум имамларын


İslam dövləti təşkil etmək arzusunda



Yüklə 4,88 Mb.
səhifə276/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   272   273   274   275   276   277   278   279   ...   427

İslam dövləti təşkil etmək arzusunda


Harun bilirdi ki İmam Kazim (əleyhissəlam) və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim əleyhissəlamla Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən həm də Harunun çirkin məqsədlərindən xəbər verir:

“Bir gün Harun (bəlkə də, İmam Kazim əleyhissəlamın arzu və məqsədlərindən xəbər tutmaq məqsədilə) Fədəyi o Həzrətə qaytarmaq istədiyini bildirir. İmam Kazim (əleyhissəlam) buyurur: “Bir şərtlə Fədəyi qəbul edərəm ki onun bütün ərazisini (bütün sərhədləri ilə birlikdə) geri qaytarasan.” Harun soruşdu: “Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?” İmam Kazim (əleyhissəlam) buyurdu: “Əgər onun əhatə etdiyi sahə və sərhədlərini desəm əsla onu qaytarmazsan.” Harun təkid edib and içdi ki mütləq onu qaytaracaq. İmam Kazim (əleyhissəlam) Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür təyin etdi: “Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər digər tərəfdən də, Afrikadan tutmuş Ərməniyyə və Xəzər dənizinə kimi uzanır.” Bu sahələrin bir-bir adını eşitdikcə rəng verib rəng alan və həddən artıq qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə dedi: “Belə olan halda bizə bir şey qalmır ki!” İmam Kazim (əleyhissəlam) buyurdu: “Bilirdim ki qəbul etməyəcəksən və elə buna görə də, demək istəmirdim.”2 İmam Kazim (əleyhissəlam) bu cavabı ilə Haruna bildirmək istəyirdi ki Fədək İslam dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu Bəkr Ömər və s.) Fədəyi Peyğəmbər (səlləllahu əleyhi və alih) qızının və kürəkəninin əlindən almaqla həqiqətdə hakimiyyəti Əhli-beytdən (əleyhimussəlam) aldılar. İndi əgər bizim haqqımızı qaytarmalı olsan onda bütün xilafət ərazisini bizim ixtiyarımıza verməlisən.

Bu söhbət İmam Kazim əleyhissəlamın ali məqsədlərindən xəbər verir.


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin