VIII FƏSİL
İMAM RİZA ƏLEYHİSSƏLAMIN HƏYATI
*–İmam Riza (əleyhissəlam) Harunun dövründə
*–Əmin və Məmun – təfavütlər təzadlar
*–Nə üçün Məmun hakimiyyəti İmam Riza əleyhissəlama vermək istəyirdi?
*–İmam Riza əleyhissəlamın Məmunun hiylələri qarşısında tutduğu mənfi mövqelər
*–Biganə ideyalara qarşı İmam Riza əleyhissəlamın planı
*–İmam Riza əleyhissəlamın digər din və təriqət nümayəndələri ilə münazirələri
İmam Riza əleyhissəlamın həyatı barədə qısa məlumat
İmam Əli ibn Musa hicrətin yüz qırx səkkizinci ili zilqədə ayının on birində anadan olmuşdur.1 Atası imam Kazim (ə), anası isə Tuktəm adlı fəzilətli bir qadın olmuş İmam Riza (əleyhissəlam) anadan olduqdan sonra İmam Kazim (əleyhissəlam) o xanıma Tahirə adı vermişdir.2 İmam Əli ibn Musa əleyhissəlamın künyəsi Əbülhəsən ləqəbi Riza olmuşdur. İmam Riza (əleyhissəlam) atası İmam Kazim (əleyhissəlam) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında İmamətə çatmışdır.
Dostları ilə paylaş: |