İmam Riza (əleyhissəlam) İmam olduğu iyirmi ilin onunu Harun Ər-Rəşidlə beş ilini Məhəmməd Əminlə son beş ilini isə Abdullah Əl-Məmunla həmzaman olmuşdur.
İmam Riza (əleyhissəlam) Məmunun hakimiyyətə gəlişinə qədər öz doğma vətəni müqəddəs Mədinə şəhərində yaşayırdı. Məmun hakimiyyətə gəldikdən sonra o Həzrəti Xorasana çağırtdırır. Nəhayət, o Həzrət hicrətin iki yüz üçüncü ilinin səfər ayında (əlli beş yaşında olarkən) şəhadətə qovuşur və elə Xorasanda da (Məşhəd şəhərində) dəfn olunur.3
Dostları ilə paylaş: |