Qasitin2 döyüşü (siffeyn döyüşü)
Müaviyə hələ Əli (əleyhissəlam) xəlifə olmazdan neçə il qabaq Şamda özü üçün xilafətə keçmək hazırlıqlarını görmüşdü. Əli (əleyhissəlam) xilafətə gəlcək Müaviyənin işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman tərəfindən Şama vali təyin edilmişdi.) və onun bir an belə işdə qalmasına razılıq vermədi. (Müaviyə də təbii ki İmamın fərmanı ilə razılaşmadı.) Bu müxalifətin nəticəsi o oldu ki İraq və Şam qoşunları «Siffeyn» adlı bir çöldə üz-üzə gəldilər. Əli (əleyhissəlam)ın ordusunun qələbəyə bircə addımı qalmışdı. Ancaq Müaviyə (Əmr Asın köməyilə) hiylədən istifadə edərək Əli əleyhissəlamın ordusunda təfriqə və ixtilaf yaratdı. Nəhayət Əli (əleyhissəlam) ordusunun təkidi nəticəsində məcbur qalıb Əbu Musa Əşəri ilə (Əli əleyhissəlamın tərəfindən) Əmr Asın (Müaviyə tərəfindən) danışıqlarına razı oldu. Belə ki onlar (Əbu Musa Əşəri və Əmr As) İslam və müsəlmanların məsləhətləri haqda araşdırmalar aparmalı və öz nəzərlərini bildirməli idilər. Əli əleyhissəlamın ordusundan olanların onu Əbu Musa Əşərini Əmr Asla danışıqlara göndərməsi barədəki təkidləri o dərəcəyə çatmışdı ki əgər Əli (əleyhissəlam) bununla razılaşmasaydı, bəlkə də bu narazılıq İmamın ölümü ilə nəticələnərdi. Bunun da nəticəsində müsəlmanlar böyük böhranla üzləşməli olardılar.
Tərəflərin öz nəzərlərini bildirmək zamanı çatdıqda Əmr As Əbu Musa Əşərini aldatdı3 və Müaviyənin alçaq niyyətini camaata aşkar etdi. Danışıqlar başa çatdıqdan sonra Əli əleyhissəlamın ordusundan bir dəstəsi İmamın danışıqları qəbul etməsinə görə onunla müxalifət etməyə başladı. Onlar İmamı danışıqlarla razılaşdığına görə tənqidə tutdular.
Qasitin döyüşü hicrətin otuz yeddinci ilində baş vermişdir.(Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur.)
Dostları ilə paylaş: |