Harun Tus şəhərində vəfat etdikdən dərhal sonra camaat onun Bağdadda qalmış oğlu Əminə beyət edir. Onun xəlifə olmasından cəmi on səkkiz gün keçməmiş, qardaşı Məmunu vəliəhdlikdən çıxarıb öz oğlu Musanı vəliəhd seçmək fikrinə düşür. O bu barədə öz vəzirləri ilə məsləhətləşsə də, Məmunun vəliəhdlikdən çıxarılmasını təkid edən Əli ibn İsa Mahandan başqa heç kəs bu fikirlə razılaşmır. Əmin isə axırda qardaşının vəliəhdlikdən çıxarılması barədə qərar verir. Məmun da öz növbəsində qardaşının bu hərəkətinə cavab olaraq onu xəlifəlik məqamından kənarlaşdırır. Aparılan bir sıra nizami mübarizələrdən sonra nəhayət hicrətin yüz doxsan səkkizinci ilində Əmin öldürülür.1 Beləliklə ölkənin bütün işləri Məmunun ixtiyarına keçir.