Məmun əvvəlcə İmam Riza əleyhissəlamı, Əli əleyhissəlamın nəslinin adlı-sanlı şəxsləri ilə birlikdə xilafət mərkəzinə hörmətlə dəvət etdi.1
İmam Riza (əleyhissəlam) Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun çox təkid etdikdən və İmam Riza (əleyhissəlam) ilə onun arasında çoxlu məktublaşmalar olduqdan sonra nəhayət, o Həzrət Əli əleyhissəlamın nəslindən olan bir dəstə adlı-sanlı şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.2
Məmun İmam Riza əleyhissəlamın karvanını gətirmək vəzifəsinə təyin olunmuş Cüludiyə digər bir rəvayətə görə isə Rəca ibn Əbu-Zəhhana tapşırmışdı ki karvandakılara xüsusən də, İmam Riza əleyhissəlama lazımi hörməti etsin. Ancaq İmam Riza (əleyhissəlam) camaatı xəbərdar etsin deyə, qəsdən bu səfərdən narazı qaldığını bildirirdi. O Həzrət Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını yığıb onlardan onun halına ağlamasını istəyərkən buyurmuşdur: “Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam.”3 Sonra Peyğəmbərlə (səlləllahu əleyhi və alih) vidalaşmaq məqsədilə o Həzrətin məscidinə daxil oldu. İmam neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Müxəvvil Sistani yazır: “Bu zaman o Həzrətin yanına gəlib salam verərək səfərinin uğurlu olmasını dilədim. O buyurdu: “Mənə yaxşı-yaxşı bax cəddim (Peyğəmbərin) yanından uzaqlaşıb qürbətdə öləcək və Harunun yanında dəfn olunacağam.”4
İmam Riza əleyhissəlamın karvanının Mədinədən Mərvə gəldiyi yol (Məmunun göstərişinə əsasən) Bəsrə Əhvaz və Fars5 şəhərlərindən keçirdi. Ola bilər, Məmun ona görə bu yolu seçmişdi ki karvan şiələrin mərkəzi olan Cəbəl (İranın dağlıq hissəsindən Həmədan və Qəzvinə qədərki ərazisi) Kufə Kirmanşah və Qum şəhərindən keçməsin.1
Dostları ilə paylaş: |