Mariqin (yolunu azmışlar) Əli əleyhissəlamı Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub İmamdan danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq Əli (əleyhissəlam) elə bir şəxs deyildi ki öz əhdinə vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əli əleyhissəlama qarşı ordu toplamağa başladı. Nəhrəvan adlı bir yerdə Əli əleyhissəlamla bu dəstə arasında döyüş baş verdi. Əli əleyhissəlamın ordusu bu döyüşdə də qalib gəldi. Ancaq kin-küdurət yenə ürəklərdə qaldı. Tarixçilərin yazdığına görə bu döyüş hicrətin 38 yaxud 39-cu ilində baş vermişdir.