Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə296/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   292   293   294   295   296   297   298   299   ...   427

Çıxılmaz bir vəziyyət


Deyilənlərdən əlavə Məmunu hakimiyyətə gətirib çıxaran xorasanlılar da indi ondan üz döndərmiş bu isə onun üçün böyük bir təhlükə yaratmışdı. Vəziyyətin belə olduğunu görən Ələvilər Məmunla qardaşı arasında gedən mübarizəni fürsət bilib öz fəaliyyətlərini daha da genişləndirməyə sıralarının sayını artırmağa başlayırlar. İndi Ələvilərin aşağıda qeyd etdiyimiz müxtəlif yerlərdə qaldırdığı qiyamları nəzərə almaqla Məmunun düşdüyü çıxılmaz mövqeyi təsəvvür edə bilərsiniz.

Ələvilərin qiyamları


Bir vaxtlar Məmunun tərəfdarları sırasında olmuş Əbus-Səraya Kufədə qiyam qaldırır. Onun ordusu qarşılaşdığı hər hansı bir ordunu məğlub edir və hər hansı şəhərə çatırdısa oranı ələ keçirirdi. Deyilənə görə, Əbus-Sərayanın qiyam qaldırdığı gündən edam olunduğu günə qədərki on ay müddətində xəlifənin iki yüz min əsgəri öldürülmüşdür.

Osmanın tərəfdarlarının mərkəzi olan Bəsrə şəhərində də, Ələvilər himayə olunur nəticədə Zeydün-nar qiyam qaldırır.

Məkkə və Hicaz ətrafında Dibac ləqəbi ilə məşhur olub Əmirəl-möminin adlandırılan Məhəmməd ibn Cəfər qiyam qaldırır.

Yəməndə İbrahim ibn Musa ibn Cəfər xəlifəyə qarşı qiyam qaldırır.

Mədinədə Məhəmməd ibn Süleyman ibn Davud ibn Həsən qiyam qaldırır.

Əhalisinin əksəriyyəti əsasən Osmanın tərəfdarları olan Vasitdə Cəfər ibn Zeyd ibn Əli və Hüseyn ibn İbrahim ibn Həsən ibn Əli qiyam qaldırırlar. Mədinədə də, Məhəmməd ibn İsmail ibn Məhəmməd qiyam edir.

Bir sözlə elə bir yer qalmamışdı ki orada Ələvilərdən biri ya öz istəyi ilə ya da camaatın tələbi əsasında Abbasilərə qarşı qiyam qaldırmasın. İş o yerə çatmışdı ki Bəni-Üməyyə və Bəni-Mərvan tərəfdarları kimi tanınmış Beynün-nəhreyn və Şam əhalisi də, Əbus-Sərayanın həmkar və silahdaşı olan Məhəmməd ibn Məhəmməd Ələvinin tabeçiliyinə keçərək Əbus-Sərayaya məktub yazıb bildirir ki sənin əmrini almaq üçün qasidinin yolunu gözləyirik.1


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin