Мя’сум имамларын


İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi



Yüklə 4,88 Mb.
səhifə346/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   342   343   344   345   346   347   348   349   ...   427

İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi


Mütəvəkkilin göstərişinə əsasən, İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirraya gəlişi üçün təyin edilmiş gün, o Həzrət üçün hələ yer hazırlanmaması bəhanəsi ilə təxirə salınır və o Həzrət bir gecə “Xanus-səvalik” (kimsəsizlər karvansarası) adlanan bir yerdə qalmalı olur. Bu hərəkətdən məqsəd siyasi baxımdan bir növ İmamı zəhmətə salaraq təhqir etmək olmuşdur. Səhəri gün o Həzrət üçün bir ev təyin olunur. Bundan sonra İmam həmin evdə qalmağa başlayır.3 İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu şəhərdə zahirdə azad olsa da, əslində elə bil ki, həbsdə saxlanılırdı. Çünki o Həzrətin qaldığı yer, onun yanına gəlib-gedənlər və bütün işləri daima nəzarət altında idi.

Məsihi həkimi və Bəxtişuyun şagirdi Yəzdad, İmam Əliyyən-Nəqi əleyhissəlamın güclə Samirraya gətirilməsinə işarə edərək deyir: “Əgər qeyb aləmindən xəbəri olan bir nəfər varsa, o da məhz odur (İmam Hadidir). Onu bura gətizdirməkdə məqsəd camaatın ona tərəf meyl etməsinin qarşısını almaqdır. Çünki onun olması ilə öz hakimiyyətlərini təhlükə altında görürdülər.”4



Mütəvəkkilin İmam Əliyyən-Nəqi əleyhissəlamın camaat arasında olan mənəvi nüfuzundan qorxmasını o Həzrətin qalması üçün təyin edilmiş yaşayış yerindən başa düşmək olar. Mütəvəkkilin o Həzrəti bu qədər nəzarət altında saxlamasına baxmayaraq, yenə də onu öz hökuməti üçün ciddi bir təhlükə hesab edir və qorxurdu ki, İmamın dost və tərəfdarları onunla gizli əlaqə saxlayıb hökumət əleyhinə qiyam planı hazırlayaraq bu işi həyata keçirmək üçün pul və silah toplayıb camaatı da bu işə cəlb edərlər. Xəlifənin ərtafında olanlar da, bəzi vaxtlar onu İmamın və dostlarının qiyam ehtimalından xəbərdar edirdilər. Buna görə də, Mütəvəkkil vaxtaşırı İmamın evini yoxlatdırır, axtarış aparanların hər dəfə əliboş qayıtmalarına baxmayaraq, Mütəvəkkil yenə də nigaran idi və qorxu içərisində yaşayırdı. İndi gəlin həmin məqamlardan birini nəzərdən keçirək.

Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin