Мя’сум имамларын


Mütəvəkkilin öldürülməsi və Müntəsirin hakimiyyətə gəlişi



Yüklə 4,88 Mb.
səhifə353/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   349   350   351   352   353   354   355   356   ...   427

Mütəvəkkilin öldürülməsi və Müntəsirin hakimiyyətə gəlişi


Nəhayət, Mütəvəkkil bir gecə sarayda əyləncə məclisində məst olub qaldığı halda, oğlu Müntəsirin çoxdankı planı əsasında türklərin həmkarlığı ilə vəziri Fəth ibn Xəqanla birlikdə (hicrətin iki yüz qırx yeddinci ili şəvval ayında) qətlə yetirildikdən sonra Müntəsir hakimiyyətə gəlir.4

Mütəvəkkilin qətlə yetirilməsi aşağıdakı plan əsasında qurulmuşdu. Onun Übbadə Müxənnəs adlı bir şərab dostu var idi. Saçı tökülüb keçəl qalmış Übbadə, Mütəvəkkilin məclisində paltarının altında qarnına balış bağlayıb onun qarşısında rəqs edərdi. Xanəndələr isə hamı bir səslə “bu keçəl kişi gəlib müsəlmanların xəlifəsi olmaq istəyir” - deyə səs-səsə verirdilər. Bu işlə onlar Həzrət Əli əleyhissəlama işarə edərək onu təhqir edirdilər.1 Mütəvəkkil isə şərab içərək sərxoş halda gülürdü. Günlərin birində Übbadə yenə də həmişəki kimi təlxəklik ilə məşğul olarkən, Müntəsir də orada idi. O, bu hadisəni görüb narahat oldu və işarə ilə Übbadəni təhdid etdi. Übbadə qorxusundan sakit oldu. Mütəvəkkil soruşdu: “Nə olub?” Übbadə qalxıb hadisəni olduğu kimi danışdı. Bu vaxt Müntəsir ayağa qalxıb dedi: “Ey Əmirəl-möminin! Übbadə oynunu çıxardığı və camaatı ona güldürdüyü şəxs sənin əmioğlun, sənin nəslinin böyüyü və sənin fəxrindir. Özün onun qanını içirsənsə, iç, ancaq bunun kimi itlərə onun qanını içməyə icazə vermə!” Mütəvəkkil istehza ilə xanəndələrə deyir ki, hamı birlikdə aşağıdakı məzmundakı şeri oxusunlar: “Bu gənc əmioğlusundan ötrü qeyrətə gəlmişdir. Bu gəncin başı anasının ... olsun.”2 Bu hadisədən sonra Müntəsir çoxdan hazırladığı planı türklərin köməkliyi ilə həyata keçirərək atasını qətlə yetirir.



Müntəsir atasından fərqli olaraq Əli (əleyhissəlam) və onun övladlarına olan məhəbbətini aşkar edərək camaata İmam Hüseyn əleyhissəlamın qəbrinin ziyarətinə getməyə icazə verir və atasının hakimiyyəti dövründə qorxu içərisində yaşayan Ələvilərə aman verir.3 Üstəlik o, daha üç gözəl addım atır:


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin