Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə370/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   366   367   368   369   370   371   372   373   ...   427

3. Əl-Mötəmid


İmam Həsən Əskəri əleyhissəlamın müasiri olmuş üçüncü Abbasi xəlifəsi Mötəmid olmuşdur. İmam Həsən Əskəri (əleyhissəlam) İmamət dövrünün dörd ilini onun hakimiyyəti vaxtında keçirmişdir. Mötəmid hicrətin iki yüz iyirmi doqquzuncu ilində anadan olmuş, iki yüz əlli altıncı ildə türklər vasitəsilə hakimiyyətə gəlmiş və iki yüz yetmiş doqquzuncu ildə vəfat etmişdir. Tarixçilər (Mötəmidin əmisi oğlu) Mühtədi3 barədə təqdirəlayiq sözlər yazıb onu nisbətən tərifləmişlərsə, ondan fərqli olaraq Mötəmidin əxlaq pozğunluğuna dair kifayət qədər məlumat yazmışlar. Hamı yekdilliklə qeyd etmişdir ki, o, kef-damağ, eyş-işrət vurğunu olmuş və əsla camaatın çətinliklərinə yetişməmişdir. Buna görə də, camaat ondan əl götürmüş və onun qardaşı Müvəffəqə (Təlhəyə) ümid bəsləmişdi. Mötəmidin başı həddən artıq əyyaşlığa qarışdığından,4 hakimiyyəti onun qardaşı Müvəffəq idarə edirdi. Tarixçilər Müvəffəqin Mötəmidin xəlifə olduğu müddət ərzində iqtidarda olduğu barədə yazırlar: “Zahirdə Mötəmidin xəlifə olmasına baxmayaraq, hökuməti əsas idarə edən Müvəffəq olmuşdur və Mötəmidin yalnız quru adı var idi.5

Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin