Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə378/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   374   375   376   377   378   379   380   381   ...   427

Qasidlər və məktublar


İmam Həsən Əskəri (əleyhissəlam) şiə mərkəzlərində nümayəndələr təyin etməkdən əlavə, qasidlər vasitəsilə də şiələrlə əlaqə saxlayır və bu yolla onların müşkülatını həll edirdi. Bu sahədə İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dostlarından biri olan Əbül-Ədyanın misilsiz xidmətlərini nümunə göstərmək olar.4 O, İmamın məktublarını müxtəlif yerlərdə yaşayan şiələrə çatdırır, eləcə də şiələrin İmama yazdığı məktubları, sualları, həmçinin, onların çətinlik və müşkütlatını, habelə İmama göndərdikləri şəri vergiləri Samirraya gətirərək İmama çatdırırdı. Onun İmam Həsən Əskəri əleyhissəlamın ömrünün son günlərində göstərdiyi fəaliyyəti barədə o Həzrətin şəhadəti bölməsində şərh verəcəyik.

Qasidlərdən başqa İmam Həsən Əskəri (əleyhissəlam) məktublaşma yolu ilə də şiələrlə əlaqə saxlayır və onları öz hidayət qanadı altına alırdı. İmamın ibn Babəveyhə yazdığı məktub bu məktublaşmalardan bir nümunədir.5 (Bu barədə “mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək” bölməsində söhbət edəcəyik.)6 Bundan əlavə, o Həzrət Qum və Ave şəhərlərinin şiələrinə də iki məktub yazmışdır. Bu məktublar hədis kitablarında dərc olunmuşdur.7 Müxtəlif münasibətlərlə o Həzrətin yazdığı başqa məktublar da vardır.8 Bir rəvayətə görə İmam Həsən Əskəri (əleyhissəlam) şəhadətindən bir neçə gün qabaq hicrətin iki yüz altımışıncı ili rəbiül-əvvəl ayının səkkizində Mədinə camaatına çoxlu məktub yazmışdır.9



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin