Həzrət Məhdi əleyhissəlamın kiçik qeybdə olduğu müddət ərzində qabaqkı İmamların sabiqəli səhabələrindən və şiələrin böyük və təqvalı alimlərindən dördü o Həzrətin xüsusi nümayəndəsi olmuşdur. Onlar öz dövrlərinə görə aşağıdakı tərtiblə nümayəndəlik etmişlər:
1. Əbu Əmr Osman ibn Səid Əmri;
2. Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri;
3. Əbülqasim Hüseyn ibn Ruh Nobəxti;
4. Əbülhəsən Əli ibn Məhəmməd Səməri.
Həzrət Məhdi əleyhissəlamın müxtəlif yerlərdə, o cümlədən Bağdad, Kufə, Əhvaz, Həmədan, Qum, Rey, Azərbaycan, Nişabur və s. yerlərdə başqa vəkilləri olmuş, lakin onlar ya vəkillər silsiləsinin başında duran bu dörd nəfərin vasitəsilə camaatın (şiələrin) məsələlərini İmama çatdırır5 və eləcə də, onların həllinə dair İmamdan məktublar alırdılar,6 ya da (bəzi tədqiqatçıların verdiyi ehtimala görə) bu dörd nəfərin nümayəndəliyi ümumi və hərətərəfli olmuş, başqaları isə müəyyən məsələlər üzrə nümayəndəlik etmişlər.7 Bu nümayəndələrdən aşağıdakıları misal göstərmək olar: Məhəmməd ibn Cəfər Əsədi, Əhməd ibn İshaq Əşəri Qummi, İbrahim ibn Məhəmməd Həmədani, Əhməd ibn Həmzə ibn əl-Yəsə8, Məhəmməd ibn İbrahim ibn Məhziyar,9 Haciz ibn Yezid, Məhəmməd ibn Saleh,10 Əbu Haşim Davud ibn Qasim Cəfəri, Məhəmməd ibn Əli ibn Bilal, Ömər Əhvazi, Əbu Məhəmməd və Cinai.1
Dostları ilə paylaş: |