2. İmam Həsən əleyhissəlamın Bəni-Üməyyə ilə kəskin mübarizələri
İmam Həsən (əleyhissəlam) haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O Müaviyənin qeyri-İslami hərəkətlərini açıq-aşkar tənqid edir və Müaviyənin ümumiyyətlə, bütün Bəni-Üməyyənin nankor və çirkin sabiqələrini qorxmadan açıb söyləyirdi.
İmam Həsən əleyhissəlamın Müaviyə və onun əlaltıları ilə o cümlədən Əmr As Ütbə ibn Süfyan Vəlid ibn Ütbə Müğeyrə ibn Şübə və Mərvan ibn Həkəm kimilərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir.1
İmam Həsən (əleyhissəlam) hətta sülh bağladıqdan və Müaviyənin qüdrəti bir az artıb mövqeyi gücləndikdən sonra o, Kufəyə gələndən sonra İmam (əleyhissəlam) minbərə çıxıb sülh bağlamasının səbəblərini söyləyərək Əli əleyhissəlamın ailəsinin üstünlüklərini (fəzilətlərini) bəyan etdi və sonra hər iki dəstənin (həm öz dəstəsinin həm də Müaviyənin dəstəsinin) qarşısında Müaviyənin zəif cəhətlərinə işarə edib onun idarə etdiyi hökuməti aşkar şəkildə tənqid etdi.2
Əli əleyhissəlamın şəhadətindən və İmam Həsən əleyhissəlamın Müaviyə ilə sülh bağlamasından sonra xəvaric (Əli əleyhissəlamın üstünə qiyam çəkib Nəhrəvan döyüşündə məğlub olanlar) bütün qüvvələrini Müaviyənin əleyhinə səfərbər etdilər. Kufədə Müaviyəyə xəbər çatdı ki Hövsəreyi-Əsədi adlı xəvaric başçılarından biri onun əleyhinə qiyam qaldırıb öz ətrafına ordu toplamışdır. Müaviyə öz mövqeyini qoruyub saxlamaq və İmam Həsən əleyhissəlamın ona tabe olduğunu sübut etmək üçün Mədinəyə getməkdə olan İmam əleyhissəlama xəbər göndərdi ki Hövsərənin qiyamını yatızdırıb sonra öz yoluna davam etsin. İmam Həsən (əleyhissəlam) ona cavab göndərdi ki mən müsəlmanların qanının tökülməməsinə görə səndən əl çəkdim (səninlə sülh bağladım). Bu o demək deyil ki mən sən deyənə qulaq asıb başqaları ilə vuruşam. Əgər vuruşmalı olsam hamıdan qabaq birinci səninlə vuruşaram. Çünki səninlə mübarizə etmək xəvariclə vuruşmaqdan daha vacibdir.3
İmam əleyhissəlamın bu cümlələrində mübarizə ruhu açıq-aşkar hiss olunur. Xüsusən İmamın əzəmətlə Müaviyəyə dediyi «səndən əl çəkdim» ifadəsi bu mənanı vurğulayır.
Dostları ilə paylaş: |