İmam Məhdi əleyhissəlamın göstərişinə7 və üçüncü nümayəndə Hüseyn ibn Ruh Nobəxtinin vəsiyyətinə əsasən, ondan sonra Əli ibn Məhəmməd Səməri İmamın xüsusi nümayəndəsi təyin olunaraq şiələrin başçısı seçilir.8 Səməri İmam Həsən Əskəri əleyhissəlamın səhabələrindən olmuşdur.9 O, vəfat etdiyi üç yüz iyirmi doqquzuncu ilə qədər İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndəsi vəzifəsində çalışmışdır. Hüseyn ibn Ruh vəfat etməzdən bir neçə gün əvvəl İmam Məhdi əleyhissəlamdan aşağıdakı məzmunda ona bir məktub gəlir: “Bismillahir-rəhmanir-rəhim! Ey Əli ibn Məhəmməd Səməri! Allah-taala sənin vəfatından mömin qardaşlarına əcr əta etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-səhmana sal və heç kəsi öz yerinə canişin təyin etmə! Böyük qeyb dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və haqsızlıq baş alıb getdikdən sonra olacaq. Şiələrim arasında məni görmək (mənim xüsusi nümayəndəm olması) iddasını edənlər olacaq. Süfyaninin qiyamından və göy sədasının eşidilməsindən1 qabaq kim belə iddia edərsə, bilin ki, o, yalançıdır və dedikləri iftiradır (böhtandır). Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur.”2
Məktub gəldikdən düz altı gün sonra Əbülhəsən Səməri vəfat edir.3 Vəfat etməzdən qabaq ondan soruşurlar ki, səndən sonra İmamın nümayəndəsi kimdir? O isə cavab verir ki, mənim kimisə nümayəndə təyin etməyə icazəm yoxdur.4
Əbülhəsən Səmərinin vəfatından sonra şiə tarixində “böyük qeyb dövrü” adı ilə məşhur olmuş yeni bir mərhələ başlayır. Gələn səhifələrimizdəki bəhslər də məhz bu barədə olacaq.
Dostları ilə paylaş: |