Мя’сум имамларын


İmama məxsus olan şəri vergilərin toplanıb paylanması



Yüklə 4,88 Mb.
səhifə405/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   401   402   403   404   405   406   407   408   ...   427

3. İmama məxsus olan şəri vergilərin toplanıb paylanması


İmam Məhdi əleyhissəlamın xüsusi naiblərinin hər biri öz növbəsində şiələrdən İmama məxsus olan (İmama çatacaq) şəri vergiləri bilavasitə, yaxud da yerli nümayəndələrin vasitəsilə təhvil alıb bir yolla İmamın özünə çatdırır, ya da İmamın göstərişi ilə lazımi yerlərə xərcləyirdilər.

İmam Həsən Əskəri əleyhissəlamın şəhid olduğu ilk günlərdə Qum və İranın başqa şəhərlərindən bir neçə şiə Samirra şəhərinə gəlib İmamın şəhid olduğunu eşidirlər. Onlar öz yaşadıqları məntəqənin şiələrinin şəri vergilərini yığıb İmam üçün gətirmişdilər. İmam şəhid olduğu üçün onlar İmamın canişinini xəbər aldılar. Bəziləri İmam Əskəri əleyhissəlamın qardaşı Cəfər Kəzzabı göstərib deyirlər ki, İmamın canişini budur. Qumdan gəlmiş şiələr onun həqiqətən İmam olub-olmamasını öyrənmək üçün həmişəki kimi ondan gətirilmiş pulların nişanələrini soruşurlar. Cəfər onların sualına cavab verə bilmədikdə, onlar da pullarını ona verməkdən imtina edərək məcbur olub öz ölkələrinə qayıtmaq məqsədilə Samirradan çıxırlar. Samirradan kənarda İmam Məhdi əleyhissəlamın gizli qasidi yetişib onları İmamın hüzuruna aparır. İmam pulların bütün nişanələrini deyib onları təhvil aldıqdan sonra buyurdu: “Bundan sonra Samirraya heç nə gətirməyin. Mən Bağdadda bir nəfər təyin edərəm, siz də pulları ona verərsiniz. Bütün məktubları da ona çatdıraram.”1

Bu hadisədən sonra İmam Məhdi (əleyhissəlam) Osman ibn Səidi xüsusi nümayəndə təyin edir, o da Bağdadda öz vəzifəsini yerinə yetirməyə başlayır.


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin