İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və həmçinin, digər məsum İmamlar Həzrət Məhdinin (səlləllahu əleyhi və alih) anadan olması, qeybə çəkilməsi, zühur edərək cahanşümul qiyamı və sair xüsusiyyətləri barədə çoxlu hədislər buyurmuşlar. Hələ İmam Məhdi (əleyhissəlam) dünyaya gəlməzdən neçə il əvvəl onun Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən, Fatimə (səlamullahi əleyha) övladlarından və İmam Hüseyn əleyhissəlamın nəslindən olacağı, öz cahanşümul qiyamı ilə bütün dünyada haqq-ədalət bərpa edəcəyi barədə xəbər verilmişdir. Bu barədə Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmamlardan söylənilmiş rəvayətlərin sayı həddən artıq çoxdur. Belə ki, İslami mövzular sahəsində çox az məsələ barədə bu qədər rəvayət söylənilmişdir. İndi isə biz ilk növbədə Həzrət Məhdi (əleyhissəlam) barədə İmamların buyurduğu hədisləri və eləcə də, şiə alimlərinin bu sahədə yazdığı kitabların adını qeyd edəcək, sonra isə sünni məzhəbinin bu barədə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) söylədikləri hədislərə və bu sahədə yazdığı kitablara nəzər yetirəcəyik.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, İmamların hər birinin dövrünün özünəməxsus xüsusiyyətləri olmasına və İmamların diqqətinin əsasən, həmin xüsusiyyətlərə cəlb olunmasına baxmayaraq Həzrət Məhdi əleyhissəlamın məsələsi daima onların nəzərində olmuş və onlar yeri gəldikcə bu məsələyə toxunmuşlar. İndi İmamların bu məsələ barədə buyurduğu hədislərin qısaca siyahısını oxucuların diqqətinə çatdırırıq:
Dostları ilə paylaş: |