Мя’сум имамларын


Məhdi əleyhissəlamın atası kimdir?



Yüklə 4,88 Mb.
səhifə414/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   410   411   412   413   414   415   416   417   ...   427

Məhdi əleyhissəlamın atası kimdir?


Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni mənbələrində Həzrət Məhdi əleyhissəlamın atasının adı Abdullah qeyd edilmişdir.1 Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bəzi sünni mənbələrində o Həzrətin nişanələri sırasında Peyğəmbərin (səlləllahu əleyhi və alih) aşağıdakı ifadəsi qeyd olunmuşdur: “Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq...”1 Əldə olan faktlar göstərir ki, “atasının adı da mənim atamın adından olacaqdır” ifadəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (səlləllahu əleyhi və alih) cümləsinə əlavə etmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) isə yalnız “onun adı mənim adımdan olacaqdır” - deyə buyurmuşdur.

Hafiz Gənci Şafei bu barədə deyir: “Tirmizi2 bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.3 Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz “Müsnəd”ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.”4 Sonra Gənci əlavə edib deyir: “Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym “Mənaqibül-Məhdi” kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz.”5



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   410   411   412   413   414   415   416   417   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin