Мя’сум имамларын


Xarici siyasət nöqteyi-nəzərindən



Yüklə 4,88 Mb.
səhifə42/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   38   39   40   41   42   43   44   45   ...   427

Xarici siyasət nöqteyi-nəzərindən


O vaxtkı xarici siyasət nöqteyi-nəzərindən müsəlmanların bir-biri ilə vuruşması İslam aləminə heç bir fayda verməyəcəkdi. Çünki İslamdan güclü zərbələr alan Şərqi Roma imperiyası bu məğlubiyyətlərin əvəzini çıxmaq və özünü İslam nüfuzundan azad etmək üçün münasib bir fürsət axtarırdı. İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq istədiyini eşidən Roma imperiyasının başçıları belə fikirləşdilər ki öz məqsədlərini həyata keçirmək üçün ən yaxşı fürsətdir. Buna görə də, müsəlmanlardan əvəz çıxmaq böyük bir ordu ilə İslam ölkəsinə hücum etmək qərarına gəldilər. Belə bir vaxtda vəzifəsi İslamın əsasını qorumaq olan İmam Həsən (əleyhissəlam) kimi bir şəxsiyyət bu təhlükəni İslam ölkəsindən dəf etmək üçün ruhu sıxıntılı və düşüncəsiz insanların tənələri ilə nəticələnməsinə baxmayaraq sülhü qəbul etməkdən başqa bir yol seçə bilərdimi?

Görkəmli tarixçi Yəqubi yazır: «Müaviyə (İmam Həsən əleyhissəlamla sülh bağlayıb) Şama qayıdandan sonra ona xəbər çatdı ki Roma imperatoru İslam ölkəsinə hücum etmək məqsədilə böyük və nizamlı bir ordu ilə Romadan çıxmışdır. Müaviyənin belə böyük bir ordu ilə üzləşməyə imkanı olmadığından onlarla sülh bağlayıb yüz min dinar Şərqi Roma imperatoruna verməli oldu.»1 Bu tarixi sənəd göstərir ki iki müsəlman dəstənin bir-biri ilə döyüşmək istədiyi bir vaxtda onların müştərək düşməni - Roma imperiyası bu fürsətdən istifadə edib onlara hücum etməyə hazırlaşmışdı. Təbii ki belə bir vəziyyət də İslam ölkəsini çox ciddi bir təhlükə ilə üzləşdirirdi. Əgər belə bir vaxtda İmam Həsən (əleyhissəlam) qoşun çəkib Müaviyə ilə vuruşsaydı bu döyüşdə nə İmam Həsən (əleyhissəlam) qalib gələcəkdi nə də Müaviyə. Əksinə bu döyüşdə qalib gələn tərəf Şərqi Roma imperiyası olacaqdı. Ancaq bu təhlükə İmamın uzaqgörənliyi tədbir və güzəştə getməsi nəticəsində dəf oldu. İmam Baqir (əleyhissəlam) İmam Həsən (əleyhissəlam)ın sülhünə irad tutan bir nəfərə buyurdu ki əgər İmam Həsən (əleyhissəlam) sülh etməsəydi İslamı böyük təhlükə gözləyirdi.1



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin