Hamıya məlumdur ki hər hansı bir rəhbər və ya başçı döyüş meydanında düşmənə qalib gəlmək istəyirsə gərək güclü və hazırlıqlı orduya malik olsun. Lakin belə bir orduya malik olmadan döyüşə girmək biabırçı məğlubiyyətdən başqa heç bir nəticə verməyəcək. İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini daxili siyasət nöqteyi-nəzərindən araşdırdıqda, gözə çarpan əsas səbəb məhz belə bir ordunun olmamasıdır. Çünki İraq camaatının xüsusilə də Kufə əhalisinin İmam Həsən əleyhissəlamın dövründə nə ruhən döyüşə hazırlığı var idi nə də ordu təşəkkül tapa bilmişdi.