Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə57/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   53   54   55   56   57   58   59   60   ...   427

Kufədə toplanış


Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər (İmam Həsən əleyhissəlamla Müaviyə) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.

Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi hətta tənə və təhqirlə dedi: «Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki sizi özümə tabe edib hökuməti ələ keçirəm.»

Daha sonra dedi: «Bunu bilin ki Həsən ibn Əli əleyhissəlamla bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur.»1

Beləliklə də, Müaviyə İmam Həsən əleyhissəlamla bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin