Müaviyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə əksinə, cinayətlərini daha da artırdı. O Əli əleyhissəlama əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı, Əli əleyhissəlamın vəfalı böyük dost və şiələrinə həddən artıq darısqallaşdıraraq Hicr ibn Ədiyy kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Əli əleyhissəlamın şiələrinə yönələn qətl işkəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Belə ki Əli əleyhissəlamın əksər dostları ya tutulub həbs edilir ya dərbədər düşür ya da öz ev-eşiklərindən uzaq düşüb sıxıntılı mühitdə yaşayırdılar. Müaviyə təkcə Əli (əleyhissəlam) və şiələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi.
Təbəri bu barədə yazır: «Bəsrə əhalisi Darabegərdin xəracını verməyib dedi ki bu mal bizim beytül-malın olub və bizə məxsusdur.»2
İbn Əsir yazır: «Bəsrə əhalisi Darabegərd məntəqəsinin xəracını verməkdən boyun qaçırtdı. Onlar bu işi Müaviyənin göstərişi ilə etdilər.»3