Kufə və Bəsrədə təzyiqlərin artması
Yuxarıda qeyd etdik ki İraq əhalisi xüsusən də kufəlilər hamıdan çox təzyiqlərə məruz qalırdılar. İş o yerə çatmışdı ki onlar öz etibarlı inamlı dostlarının evinə get-gəl edib bir gizli söhbət etmək istədikdə, ev sahibinin xidmətçisindən qorxduqları üçün ondan xəbərçilik etməyəcəyi barədə and almayınca sözə başlamazdılar.
Müaviyə ölkənin bütün valilərinə məktub yazıb onlara tapşırdı ki şiə və Əli (əleyhissəlam) övladlarının şəhadətini də qəbul etməsinlər.
O məktubların birində belə yazır: «Əgər iki nəfər bir nəfərin şiə olduğuna şəhadət verərsə, dərhal onun adını beytül-maldan silin və onu hüququndan məhrum edin.»1
Növbə ilə altı ay Kufədə altı ay Bəsrədə vali olan Ziyad Bəsrədə olmadığı dövrdə öz işlərini Səmürə ibn Cündəbə tapşırırdı. Səmürə bu müddətdə (altı ayda) səkkiz min nəfəri qətlə yetirdi. Ziyad ona dedi: Qorxmursan ki onların arasında biri günahsız olar? Səmürə dedi: “Onların iki bərabərini öldürsəm də, yenə qorxmaram.”
Əbu Səvar Ədəvi deyir: «Səmürə bir gün hamısı Quranı əzbərdən bilən qırx yeddi qohumumu öldürdü.»2
Dostları ilə paylaş: |