İmam Həsən əleyhissəlamın şəhadətindən sonra İmam Hüseyn (əleyhissəlam) İmamət məqamını öz öhdəsinə götürdü. Bu vaxtlar Müaviyənin törətdiyi cinayətlər Mədinədə səs-küyə səbəb olmuş və İmam Hüseyn əleyhissəlamın böyük şiə şəxsiyyətləri ilə İraq Hicaz və başqa yerlərdə təşkil etdiyi ictimai yığıncaqların əsas söhbətinə çevrilmişdi. Məsələn, Müaviyə Hicr ibn Ədiyy və onun yol yoldaşlarını öldürdükdən sonra Kufənin adlı-sanlı şəxsiyyətlərindən bir neçəsi İmam Hüseyn əleyhissəlamın yanına gedərək məsələdən onu xəbərdar etdilər. Bu xəbərin yayılması ilə bütün möminlər arasında hökumətə qarşı böyük nifrət hissi oyandı.
Bu məsələdən məlum olur ki artıq o vaxtlar Əməvi hökumətinə qarşı müntəzəm olaraq müxalifətlər irəli sürülürdü. Bu müxalifətin təbliğatçıları və əsas aparıcı qüvvələr İmam Həsən əleyhissəlamın sayca az olan ən yaxın dostları idi. İmam Həsən (əleyhissəlam) öz ağıllı tədbiri ilə onların canını Müaviyənin apardığı çirkin bəlasından qoruyub saxlamışdı. Bu azsaylı dəstənin məqsədi o idi ki qiyamın yetişməsi və camaatı qiyama hazırlamaq məqsədilə Müaviyənin hakimiyyəti dövrü ərzində törətdiyi bütün cinayətləri camaatın yadına salsın.2