Мя’сум имамларын


IV FƏSİL İMAM ZEYNÜL-ABİDİN ƏLEYHİSSƏLAMIN HƏYATI



Yüklə 4,88 Mb.
səhifə131/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   127   128   129   130   131   132   133   134   ...   427

IV FƏSİL



İMAM ZEYNÜL-ABİDİN ƏLEYHİSSƏLAMIN HƏYATI



*–Diktatura mühitində Kərbəla inqilabının carçısı

*–Nə üçün İmam Səccad (əleyhissəlam) qiyam etmədi?

*–İmamın mübarizəsinin cəhətləri

*–Səhifeyi-Səccadiyyə – maarif xəzinəsi

*–Kimsəsizlərə yardım

*–Tərbiyə mərkəzi



İmam Səccad əleyhissəlamın həyatı barədə qısa məlumat


İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anası Şəhrəbanu1 olmuş ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində1 dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əli əleyhissəlamın hakimiyyət illərini görmüş ondan sonra isə on il əmisi Həzrət Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (əleyhissəlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.

Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin