Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə140/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   136   137   138   139   140   141   142   143   ...   427

Vəlidin çirkin işləri


Vəlidin həyatı və hakimiyyəti dövründəki müsbət cəhətlərlə yanaşı, onun bir sıra mənfi zəif cəhətləri və açıq-aşkar pozğunluqları vardır ki bunları onun həyatında qeyd etmədən keçmək olmaz. Tarixçilərin dediyinə görə Vəlid çox zalım şəxs olmuşdur. Ata-anası onu uşaqlıqda ərköyün böyütmüş buna görə də, o ədəbsiz və insani dəyərlərdən uzaq olan bir adam olmuşdur.1 Vəlid ərəb dilinin qrammatika və ədəbiyyatından xəbərsiz idi. Ömrünün axırına qədər ərəb qrammatikasının qaydalarına riayət edə bilmədi. Danışarkən qrammatik cəhətdən çox kobud səhvlər buraxırdı. Bir gün atasının məclisində bir dəstə adamın hüzurunda bir nəfər ərəblə söhbət edərkən çox asan bir cümləni səhv dedi. Atası onu danlayıb dedi: “Ərəblərin dilini bilməyən şəxs onlara hakim ola bilməz.” Vəlid bu hadisədən sonra bir neçə ərəb dilçisi ilə birlikdə bir otağa girib altı ay orada qaldı. Bu müddətdə o ərəb qrammatikasını öyrənməyə başladı. Ancaq altı aydan sonra əvvəlkindən də, savadsız vəziyyətdə qırağa çıxdı.2

Vəlidin elmin inkişafına diqqət yetirməsinin səbəblərindən biri də, bəlkə də, onun özünün elmdən məhrum olması olmuş və o, bu yolla öz zəif cəhətini ört-basdır etmək istəyirmiş.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin