Səhifeyi-Səccadiyyə
İmam Səccad əleyhissəlamın dövrü dikdatura mühitinə təsadüf etdiyi üçün o Həzrət öz fikir və məqsədlərinin çoxunu dua və münacat şəklində camaata çatdırırdı. İmam Səccad əleyhissəlamın dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır. Belə ki hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz ona “Uxtul-Quran”3 (Quranın bacısı) “İncilu-Əhli-beyt” (Əhli-beytin İncili) və “Zəburi-Ali-Məhəmməd (s)” (Məhəmməd (s) ailəsinin Zəburu) ləqəblərini vermişlər.4
Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda islami elmlər və maarif dəryasıdır. Onun içində əqidəvi mədəni ictimai siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altımış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi “Səhifeyi-Səccadiyyə”nin bir nüsxəsini özünün müasiri olan “Təntavi” təfsirinin müəllifi və İskəndəriyyə müftisinə hədiyyə göndərir. İskəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mərəşi Nəcəfinin cavabında yazmışdı: “Bu bizim bədbəxtliyimizdəndir ki bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram onu bəşər kəlamından üstün Tanrı kəlamından isə aşağı görürəm.”5
Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu ona ərəb və fars dillərində çoxlu şərh yazılmışdır.
Mərhum Şeyx Ağabüzürg Tehrani çox qiymətli “Əz-Zəriətu ila təsanifiş-şiə” kitabında Səhifeyi-Səccadiyyəyə yazılmış əlli şərhin (tərcümələrdən başqa) adını çəkmişdir.6 Bu şərhlərdən əlavə, keçmiş və müasir alimlərin bir dəstəsi bu kitabı dəfələrlə ayrı-ayrılıqda tərcümə etmiş və onların bir çoxu son illərdə nəşr edilmişdir.
Səhifeyi-Səccadiyyə əlli dörd duadan ibarətdir. Onların mündəricatı aşağıdakı şəkildədir:
Dostları ilə paylaş: |